Argentinalı ulduz ciddi zədə aldı - 9 ay oynamayacaq

26 Yanvar 2026 09:56

İspaniyanın "Vilyarreal" klubunun və Argentina millisinin müdafiəçisi Xuan Foyt La Liqanın XXI turunda "Real Madrid"ə qarşı keçirilən oyunda ciddi zədə alıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, futbolçu daban nahiyəsindən ağır xəsarət alıb və yaxın günlərdə əməliyyat olunacaq.

Məlumata görə, Foytun daban vətəri zədələnib. Belə zədələrin bərpa prosesi adətən 6-9 ay davam edir. Bu səbəbdən hazırkı dünya çempionunun 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak etməsi böyük ehtimalla mümkün olmayacaq.

Hüseyn
Milli.Az