“Nihilist pinqvin” yenidən gündəm oldu - VİDEO

25 Yanvar 2026 23:38

Məşhur rejissor Verner Hersoqun 2007-ci ildə çəkdiyi "Dünyanın sonundakı görüşlər" sənədli filmindən olan kadr illər sonra "Nihilist pinqvin" adı ilə qlobal müzakirə mövzusuna çevrilib.

Milli.Az xəbər verir ki, Antarktikada lentə alınan görüntülərdə bir Adeli pinqvininin koloniyadan ayrılaraq təkbaşına əks istiqamətə - dağlara doğru getməsi əks olunub.

Qeyd edək ki, filmdə pinqvinin getdiyi yolda sağ qalma ehtimalının olmadığı vurğulansa da, sosial media istifadəçiləri "Nihilist pinqvin"i dərin düşüncələrin, sakit üsyanın və hətta emosional tükənmənin simvoluna çeviriblər. Videonun altına tez-tez yazılan "Bəs niyə?" ("But why?") sualı isə həmin trendin simvoluna çevrilib.

Milli.Az