Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt" üzərində qələbə qazanıb.
Milli.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma tovuzluların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qərb təmsilçisinin heyətində Hayderson Hurtado 13-cü dəqiqədə, Rəhim Sadıxov isə 69-cu dəqiqədə fərqlənib. "Sumqayıt"ın yeganə qolu da "Turan Tovuz"un futbolçusu Hayderson Hurtadonun passivinə yazılıb. Belə ki, o, 61-ci dəqiqədə avtoqol müəllifi olub.
Bu qələbədən sonra "Turan Tovuz" xalını 30-a çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Sumqayıt" isə 27 xalla beşinci yerdə qalıb.
Milli.Az