Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1 200 manat pul oğurlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Ataşov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Milli.Az