20 yaşlı qadın hakim futbol matçından sonra DÖYÜLDÜ - VİDEO

25 Yanvar 2026 16:16

Argentinada 20 yaşlı qadın hakim Viktoriya Krus futbol matçından sonra hücuma məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Krus həvəskarlar liqasının pley-off matçını idarə edib. Final fitindən sonra azarkeşlər ona hücum edib, yerə yıxıb, saçından tutub və başına bir neçə dəfə yumruq vurublar. Qadın bir müddət huşunu itirib. Xəstəxanada ciddi xəsarətlər aşkar edilməyib.

Hakimi müdafiə etməyə çalışan futbolçulardan birinin də hücuma məruz qaldığı bildirilir. Oyunçu xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır, hücum edən şəxslərin kimliyini müəyyən edir.

Milli.Az