Tarixi bina 28 manata SATILDI

25 Yanvar 2026 10:52

Belarusun Qlubokoye şəhərində Napoleonun bir müddət qaldığı keçmiş Karmelit monastır kompleksinin binası satılıb.

Milli.Az xəbər verir ki, bu barədə "RİA Novosti" Belarus Universal Əmtəə Birjasının "BUTB-Əmlak" elektron ticarət platformasına istinadən məlumat yayıb.

Tarixi-mədəni dəyərə malik bina simvolik qiymətə, 47,25 Belarus rubluna (təxminən 28,38 manat) satılıb.

Lotun dəyərindən əlavə, binanı alan yeganə iddiaçı hərrac qaydalarına əsasən məbləğin 5 faizini də ödəyib. Yeni sahib bir ay ərzində mühafizə öhdəliklərini imzalamalı, satınalmadan sonra bir il ərzində isə təmir və bərpa işləri aparmaq üçün Mədəniyyət Nazirliyindən müvafiq icazə almalıdır.

Milli.Az