Samuxda mikroavtobusun aşması nəticəsində digər xəsarət alanların kimliyi məlum olub.
Milli.Az xəbər verir ki, xəsarət alanlar mikroavtobusun sərnişinləri
1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarovdur. Ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur.
Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb.
Qeyd edək ki, qəzaya Qazel markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəza uğrayıb, xəsarət alanlar mikroavtobusun sərnişinləridir.
Faktla bağlı araşdırma aparılır. /APA
xxx
Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Qazel" markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Məlumata görə, aşan "Qazel" markalı mikroavtobus fəhlələri işə aparırmış.
Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az