Ağ Evin rəsmi səhifəsi Trampın pinqvinlə əl-ələ tutub getməsini əks etdirən şəkil paylaşıb. Başlıq isə belədir: "Pinqvini qucaqla". Təbii ki, söhbət Qrenlandiyadan gedir və şəkildə Qrenlandiyanın bayrağı da əks olunub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
Politoloq qeyd edib ki, bir detal diqqətdən qaçıb - Qrenlandiyada pinqvin yaşamır:
"Ağ Ev Qrenlandiyanı Antarktida ilə səhv salıb. Əslində isə bu, gülməli deyil. Tramp administrasiyası üzvlərinin intellektual səviyyəsi ciddi suallar doğurur".
Milli.Az