Müğənni Şəbnəm Tovuzlu efirdə səsləndirdiyi iddialı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi geyim və aksesuar seçimləri ilə bağlı maraqlı etiraf edib.
Şəbnəm Tovuzlu bildirib ki, geyimə yüksək məbləğ xərcləməyi vacib saymır:
"Geyimə 5-10 min verib geyinirəm, amma həyatı boyu ucuz, keyfiyyətsiz ətir almaram. Bunu həmişə demişəm. Ətirə 1000-2000 dollar verə bilərəm. Eyni zamanda eynəklərə də çox pul xərcləyərəm, qalan şeyləri isə ucuz da ala bilərəm".
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb, müxtəlif fikirlər səsləndirilib və mövzu müzakirələrə səbəb olub.
Musa
Milli.Az