Bakıda 27 yaşlı qadın dəm qazından öldü

25 Yanvar 2026 00:50

Bakıda gənc qadın dəm qazından boğularaq ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini olan 27 yaşlı Sevinc Gündüz qızı Mahmudova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az