Bakıda partlayışda ölənlər həkimin atası və bibisi imiş

25 Yanvar 2026 00:41

Dünən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzildə baş verən qaz partlayışı ailə faciəsinə səbəb olub.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində tanınmış həkim Vüsal Nəbiyevin atası və bibisi həlak olub.

Qeyd edək ki, Vüsal Nəbiyev "Avrasiya" və "Avropa" hospitallarının anestazioloq və reanimotoloq şöbəsinin müdiridir.

Milli.Az