Şəhər divarlarındakı sirli USB-lər: Divara basdırılmış yaddaş qurğuları nə gizlədir?

25 Yanvar 2026 21:00

Nyu-Yorkdan Berlinə, Tokiodan Parisə qədər dünyanın bir çox böyük metropollarında küçə ilə gedərkən divarın içindən çıxan adsız bir USB yaddaş qurğusu ilə qarşılaşa bilərsiniz. "Dead Drops" adlanan bu qlobal layihə rəqəmsal dünyada anonim və oflayn məlumat mübadiləsinin ən qeyri-adi üsullarından biri hesab olunur.

Milli.Az xəbər verir ki, "Dead Drops" (Ölü Nöqtələr) layihəsi 2010-cu ildə berlinli rəssam Aram Bartoll tərəfindən Nyu-Yorkda başladılıb. Bu ad casusların bir-biri ilə görüşmədən gizli sənədləri ötürmək üçün istifadə etdiyi "ölü nöqtə" taktikasına əsaslanır.

Məntiq: İnternetdən asılı olmadan, tamamilə anonim şəkildə fayl paylaşmaq.

Necə işləyir? İnsanlar noutbuklarını divardakı bu USB-lərə qoşur, içindəki faylları kopyalayır və ya öz fayllarını digərləri üçün ora yükləyirlər.

Divarlara sementlə bərkidilmiş bu qurğular əvvəlcə boş olur, içində yalnız layihənin manifestini izah edən "readme.txt" faylı yerləşir. Zamanla isə ora müxtəlif məzmunlar əlavə edilir:

Bartoll bu layihəni insanların bütün məlumatlarını "bulud" (cloud) sistemlərində və internetdə saxlamasına qarşı bir etiraz kimi başladığını bildirir. O, bu üsulu məlumatın "divara hapsedilmiş" ən dürüst və fiziki halı kimi təsvir edir.

Hər nə qədər maraqlı və macəralı görünsə də, bu USB-lərdən istifadə etmək ciddi risklər yaradır:

Kim tərəfindən yükləndiyi bilinməyən fayllar kompüterinizə zərərli proqramlar (malware) yoluxdura bilər.

Divardakı qurğuda qısaqapanma ola bilər və bu, qoşduğunuz cihazın portunu sıradan çıxara bilər.

Lalə Qüdrətova
Milli.Az