Mətbəx və vanna otaqlarında ən çox rast gəlinən problemlərdən biri suyun tərkibindəki minerallar səbəbindən yaranan əhəng (ərp) ləkələridir. Bir çoxları sirkə və ya sodadan istifadə etsə də, bu üsullar hər zaman qalıcı nəticə vermir. Mütəxəssislər kranları parladan və tualetdəki inadkar ərpi sökən daha effektiv yolları açıqlayıblar.
Milli.Az xəbər verir ki, sirkənin kəskin qoxusundan qaçmaq istəyənlər üçün limon turşusu ən yaxşı alternativdir.
Bir miqdar limon turşusunu isti suda əridərək sprey şüşəsinə doldurun. Kranın üzərinə püskürdün və 10-15 dəqiqə gözləyin. Sonra yumşaq bir süngərlə silin.
Ərp dərhal parçalanacaq və kranlar ilk günkü kimi parlayacaq.
"Pemsa" (Vulkanik süngər) - Əgər tualetin daxili hissəsində saralmış və bərkimiş ərp təbəqəsi varsa, kimyəvi maddələr bəzən kifayət etmir. Bu zaman pemsa daşı (vulkanik süngər) köməyə çatır.
Pemsa daşını mütləq isladın (quru halda istifadə etmək keramikanı cıza bilər). İslanmış daşla ləkəli hissələri yüngülcə ovun.
Bu üsul ən çətin ləkələri belə fiziki olaraq yerindən sökür.
Qalıcı həll üçün profilaktik tədbirlər də tövsiyə olunur:
Kranlardan istifadə etdikdən sonra onları quru bir bezlə silmək suyun quruyaraq ləkə qoymasının qarşısını alır.
Maqnit su yumşaldıcılar - Boruların girişinə quraşdırılan bu kiçik cihazlar suyun tərkibindəki kalsiumun səthlərə yapışmasına mane olur.
Lalə Qüdrətova
Milli.Az