Norveçdən inqilabi ixtira: 2 milyard insanın taleyi dəyişəcək

25 Yanvar 2026 08:08

Norveçli texnoloji startap "Flocean" dəniz suyunun şirinləşdirilməsində ənənəvi metodları geridə qoyan, dünyanın ilk kommersiya təyinatlı sualtı su təmizləmə sistemini hazırlayıb. Bu texnologiya həm enerji xərclərini yarıbayarı azaldır, həm də ətraf mühitə zərəri minimuma endirir.

Milli.Az xəbər verir ki, ənənəvi şirinləşdirmə zavodları suyu duzdan ayırmaq üçün nəhəng nasoslarla süni təzyiq yaradır ki, bu da hədsiz dərəcədə elektrik enerjisi tələb edir. Norveçin bu ixtirası isə prosesi tamamilə fərqli həyata keçirir:

Cəmi bir modul gündə 5.000 kubmetr şirin su istehsal etmək gücündədir. Bu miqdar təxminən 37.500 nəfərin gündəlik su ehtiyacını qarşılamağa yetir.

Mütəxəssislər bildirir ki, bu texnologiyanın geniş tətbiqi dünyada təmiz su çatışmazlığından əziyyət çəkən 2 milyard insan üçün həyati həll yolu ola bilər.

Ənənəvi zavodların ən böyük problemi təmizləmədən sonra qalan həddindən artıq duzlu suyu dənizə qaytararkən ekosistemə zərər verməsidir. "Flocean"ın sistemində isə dərin dəniz axınları duzlu qalığı dərhal seyrəldir, dəniz canlılarına təsir minimuma enir.

Bu innovasiya TIME jurnalı tərəfindən "2025-ci ilin Ən Yaxşı İxtiraları" siyahısına daxil edilib.

Lalə Qüdrətova
Milli.Az