“İmprotex” şirkətinin mühasibi evində ölü tapıldı - FOTO

24 Yanvar 2026 23:54

"İmprotex" şirkətində mühasib vəzifəsində çalışmış 49 yaşlı Rəşad Salmanov evində ölü tapılıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunda onun yaşadığı evdə qeydə alınıb.

Hadisənin səbəbləri hələlik məlum deyil, fakt araşdırılır.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Rəşad Mirağa oğlu Salmanov uzun illər rayonda Təhsil Şöbəsində mühasib və Mədəniyyət Şöbəsinin müdiri vəzifələrində işləyib.

Son illər isə "İmprotex" şirkətində mühasib vəzifəsində çalışıb.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq müdiri Mirağa Salmanovun oğludur.

Milli.Az