22 yaşlı Fəzailin faciəli ölümü - "Süni nəfəs verdim, amma xeyri olmadı" - təfərrüat - FOTO

24 Yanvar 2026 23:34

Qusar rayonunda 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə rayonun İmamqulukənd ərazisində baş verib.

Milli.Az xəbər verir ki, kənd sakini Fəzail Əbiyevin cansız bədəni yaşadığı evin hamamında aşkarlanıb. Onun dəm qazından zəhərlənərək öldüyü bildirilir.

Qeyd edək ki, mərhum ailənin yeganə oğlu idi.

"Onu çağırdım, amma cavab vermədi. Hamamın qapısını sındırıb içəri girdim. Gördüm ki, yerdə uzanıb. Çölə çıxarıb süni nəfəs verdim, amma xeyri olmadı. Qardaşım Birinci Qarabağ Müharibəsində şəhid olub. Oğluma onun adını qoymuşdum. 1994-cü il yanvarın 14-də şəhid olub", - mərhumun atası Fariz Əbiyev söyləyib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır. (baku.tv)

Milli.Az