Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə İLK

24 Yanvar 2026 23:28

Ermənistana 1991-ci ildən sonra ilk dəfə gələnlərin sayı gedənlərdən çox olub.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan paylaşım edib. 

"Sevincimi sizinlə bölüşməyə tələsirəm. 2025-ci ildə ölkəmizə gedənlərdən 8660 nəfər daha çox vətəndaş daxil olub. İlk dəfə olaraq ölkəyə gedənlərdən daha çox Ermənistan vətəndaşı daxil olub", - deyə o, qeyd edib.  (Modern.az)

Milli.Az