Məşhur şoumen Mehmet Ali Erbilin qonaq olduğu proqramda tualet vərdişləri ilə bağlı verdiyi qeyri-adi açıqlama qısa müddətdə gündəmi alt-üst edib. Erbilin "Sifonu yalnız 5 dəfə tualetdən istifadə etdikdən sonra çəkirəm. Nəticədə öz tualetimdir, bu, təbiətə xidmətdir" sözləri studiyada şok effekti yaradıb və sosial mediada böyük etiraza səbəb olub.
Milli.Az xəbər verir ki, o, suyun israf olunmaması üçün sifonu hər dəfə çəkmədiyini və bunu "təbiəti qorumaq" kimi qələmə verdiyini bildirib.
Proqram aparıcısının heyrətini gizlədə bilmədiyi anlarda Erbilin xanımı Gülseren Ceylan söhbətə qoşularaq: "Sifonu adətən mən çəkirəm" - deyərək vəziyyəti izah etməyə çalışıb.
Bir çox istifadəçi bu vərdişin "təbiətə xidmət" deyil, "gigiyenik qaydalara zidd" olduğunu qeyd edərək şoumeni sərt şəkildə tənqid edib.
Lalə Qüdrətova
Milli.Az