Almanlar "Qarabağ"ın qələbəsi barədə: "İnanılmaz dərəcədə acıdır" - NƏ DEDİLƏR?

24 Yanvar 2026 22:03

Mövsümün əvvəlindən diqqətləri üzərinə çəkən "Qarabağ"ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turu üzrə "Ayntraxt" üzərində qələbəsi (3:2) günlərlə xarici mediada marağa səbəb oldu. 

Milli.Az Ağdam təmsilçisinin zəfəri barədə məşhur səhifələrin və media orqanlarının paylaşımlarını təqdim edir:

"Sky Sport": "Ayntraxt" Çempionlar Liqasında mübarizəni dayandırdı. 2:1 hesablı üstünlükdən sonra komanda "Qarabağ"a 2:3 hesabı ilə uduzdu. Yenə 3 qol vuruldu. İnanılmaz dərəcədə acıdır."Qarabağ" 10 xal toplayıb". 

"BBC": Çempionlar Liqasında son dəqiqə qolu ilə qalib gələn komanda almanları mübarizədən kənarlaşdırır... "Ayntraxt" kolumbiyalı Kamilo Duranın ilk qolu vurduğu zaman oyuna ən pis startı verdi".

"Kicker": "Son dəqiqədə şanslı bir yumruq: "Qarabağ" "Ayntraxt"ı Çempionlar Liqası ilə erkən vidalaşmağa məcbur edir"

"433": "Sensasiyalı "Qarabağ" Çempionlar Liqasında pley-offa çıxmaq yolundadır"

"DW Sports": "Son dəqiqəyə qədər çəkdi, lakin "Qarabağ" "Ayntraxt"ı Çempionlar Liqasında mübarizədən kənarlaşdırdı".

"The Sweeper": "Cari mövsümə qədər heç vaxt Azərbaycan klubu Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanmamışdı. "Qarabağ" 2025-26 mövsümündə keçirdikləri ilk 7 oyunda artıq 3 qələbə qazanıblar ("Benfika", "Kopenhagen" və "Ayntraxt" üzərində) və onlar pley-offa çıxmaq üçün əla yerdədirlər". 

"Eurofoot": "Bəhlul Mustafazadə Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçudur. 90+4 dəqiqədə vurulan qol həm də qələbə gətirdi". (Offsideplus.az)

Milli.Az