Salyan sakini dəm qazından öldü

24 Yanvar 2026 19:46

Salyan sakini dəm qazından boğularaq ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqif oğlu hamam otağında dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az