Misli Premyer Liqasının XVII turunda "Kəpəz" son Azərbaycan çempionu "Qarabağ"ı məğlub edib.
Milli.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
24-cü dəqiqədə Ryonosuke Ohori hesabı açıb. Matçın 55-ci dəqiqəsində Ehtiram Şahverdiyev fərqi 2 topa çatdırıb.
Beləliklə xallarının sayını 12-yə çatdıran Gəncə klubu turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. "Qarabağ" isə 36 xalla ikincidir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib.
XVII tura yanvarın 25-də yekun vurulacaq.
Milli.Az