Azərbaycandan Ermənistana köçən yazıçının kimliyi açıqlandı

24 Yanvar 2026 17:30

Ötən gün Azərbaycan Qarabağda yaşayan 10 erməni və 1 etnik rusu Ermənistana təhvil vermişdi.

Milli.Az "Hraparak"a istinadən xəbər verir ki, könüllü köçənlər arasında rus əsilli Ermənistan vətəndaşı, yazıçı Sergey Oqoltsov da var. Oqoltsovun 1987-ci ildə Qarabağa köçdüyü bildirilir. O, Azərbaycanda yaşadığı müddətdə öz əsəri üzərində çalışdığı bildirilir. 

Oqolstovun qısa hekayələr müəllifi kimi məhdud çevrədə tanındığı da vurğulanır.  (Modern.az)

Milli.Az