Çində ölkənin nüfuzlu hərbi liderlərinə qarşı istintaq başlayıb

24 Yanvar 2026 13:50

Çində iki yüksək səviyyəli hərbi rəsmin barəsində istintaq açılıb.

Çin Kommunist Partiyası ölkənin nüfuzlu hərbi liderləri Zhanq Youxia və Lyu Çjenlinin intizam və qanun pozuntuları ilə bağlı şübhələr üzündən araşdırmaya cəlb olunmasına qərar verib.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Milli Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.

Nazirliyin məlumatında bildirilir ki, Zhanq Youxia Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Mərkəzi Hərbi Komissiyanın sədr müavini kimi fəaliyyət göstərir. Lyu Çjenli isə Mərkəzi Hərbi Komissiyanın Birləşmiş Qərargah Departamentinin rəhbəridir.

Kənan
Milli.Az