Zəncəfilin tərkibindəki gingerol maddəsi tromb əleyhinə təsiri ilə tanınır. Bu maddə trombositlərin bir-birinə yapışaraq laxta əmələ gətirməsini zəiflədərək tromboz riskini azaldır.
Milli.Az-ın məlumatına görə, bunu Pirogov Universitetinin həkimi Elvira Xaçirova "Gazeta.ru"ya açıqlamasında bildirib.
Həkim vurğulayıb ki, zəncəfilin təsiri yalnız müntəzəm istifadədə görünür və orta riskli şəxslərin qida rasionuna daxil edilə bilər. Lakin antikoaqulyant istifadə edənlər, hamilə qadınlar və mədə-bağırsaq xəstəlikləri olanlar zəncəfildən ehtiyatla istifadə etməlidir.
Sağlam insanlar üçün tövsiyə olunan doza həftədə 2-3 dəfə çaya 2-3 dilim təzə zəncəfil və ya gündəlik bir çay qaşığı toz zəncəfildir.
Asya
Milli.Az