Xərçəng hallarının təxminən 30%-i həyat tərzi ilə bağlıdır və qarşısı alına bilər. Fiziki aktivlik, siqaretdən imtina və çəkinin nəzarətdə saxlanılması riski 25-30% azaldır.
Milli.Az xəbər verir ki, bu təsir hətta genetik riski olan və yetkin yaşda başlayan insanlarda da qalır.
Ağır stresin xərçəngə birbaşa səbəb olduğu sübut edilməyib. Lakin uzunmüddətli stres immunitetin zəifləməsi, yuxu pozuntuları və zərərli vərdişlər vasitəsilə dolayı risk yarada bilər.
"Möcüzəvi" müalicə və əlavələrin xərçəngdən qoruyucu təsiri elmi cəhətdən sübut olunmayıb. Wi-Fi, plastik və məişət kimyəvi vasitələrlə bağlı qorxular isə əsasən şişirdilir.
Real risk yaradan amillərə tütün tüstüsü, zəif havalandırılan məkanlarda radon qazı və qidaların mikrodalğada düzgün qızdırılmaması daxildir. Profilaktikanın əsasları siqaretdən tam imtina, sağlam qidalanma, fiziki aktivlik və müntəzəm tibbi müayinələrdir.
Asya
Milli.Az