Qumral bahalı qızılları ilə MÜZAKİRƏ YARATDI - FOTOlar

26 Yanvar 2026 09:45

Müğənni Qumral efirdə taxdığı bahalı qızıl dəstləri ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, onun zinət əşyaları sosial şəbəkələrdə geniş maraq doğuraraq müzakirələrə səbəb olub.

Efir zamanı Qumralın taxdığı qızıl dəstləri izləyicilərin diqqətindən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri zinət əşyalarının dəyəri ilə bağlı müxtəlif fikirlər səsləndirərək, müğənninin seçimlərini müzakirə ediblər.

Sözügedən görüntülər qısa müddətdə yayılaraq gündəmə çevrilib.

Musa
Milli.Az