Müğənni Ülviyyə Namazova həmkarı Vəfa Şərifova ilə yaşadığı qalmaqalla bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, o, məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirib və baş verənlərin pərdəarxasını danışıb.
Ülviyyə Namazova bildirib ki, Vəfa Şərifova onun efirdə olduğunu çox yaxşı bilirmiş:
"Birincisi, o çox gözəl bilirdi ki, mən efirdəyəm. Çünki proqramın əməkdaşı ona zəng edib bunu demişdi. Ona başsağlığını verdim. Atamın hüzrünə gəlmişdi, üstəlik 100 manat da pul yazdırmışdı. Sağ olsun. Mən də bunu özümə borc bildim və efirdə başsağlığı verdim. Verilişdə bildim ki, dayısı rəhmətə gedib. Mən də səs atıb ölənlərə 'rəhmət' yazdım. O, da ölənlərin rəhmət yazıb, sual işarəsi qoydu",
Ülviyyə Namazova əlavə edib ki, Vəfa Şərifova daha sonra bir başqa verilişdə də onun haqqında mənfi fikirlər səsləndirməyib.
Sözügedən açıqlamalar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər tərəflərin davranışını fərqli şəkildə dəyərləndirərək, müxtəlif münasibətlər bildiriblər.
Musa
Milli.Az