“Fatih” serialdan çıxarıldı

24 Yanvar 2026 00:24

Reytinq rekordları qıran "Kızılcık Şerbeti" serialında məşhur aktyor Doğukan Güngörün heyətdən kənarlaşdırıldığı elan edilib. Aktyorun adı məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik istintaqında keçirdi və analiz nəticələri müsbət çıxıb. Qərarı öyrənən Güngör sosial media hesabından emosional bir açıqlama yayaraq vəziyyəti təsdiqləyib və bu addımı "rəhmsiz" adlandırıb.

Milli.Az xəbər verir ki, Doğukan Güngörün də olduğu 19 şübhəlinin qan və saç nümunələri Məhkəmə Tibb Qurumu (ATK) tərəfindən araşdırılıb. Hazırlanan hesabatda Güngör daxil olmaqla cəmi 14 nəfərin narkotik testinin müsbət olduğu müəyyən edilib. Bu inkişafdan sonra "Show TV" rəhbərliyi 4 sezondur "Fatih" obrazını canlandıran aktyorla yollarını ayırmaq qərarına gəlib.

Doğukan Güngör serialdan qovulduğunu sosial mediada təsdiqləyərək bu qərara etiraz edib:

"4 sezondur böyük həvəslə çalışdığım serialdan çıxarıldığımı indicə öyrəndim. Bu həyatda hər kəs səhv edə bilər. Mən də bir səhv etdiyimi dürüstlüklə qəbul etmiş və təmiz bir həyat üçün ilk addımlarımı atmışdım. Ancaq bu axşam aldığım xəbərlə qurumların qərar verərkən nə qədər rəhmsiz ola bildiyinə şahid oldum. Hər kəsin ikinci şans qazanacağına inanmayan bu insanları vicdanları ilə baş-başa buraxır və Allaha həvalə edirəm. Mən dimdik ayaqdayam. Özümə verdiyim təmiz həyat sözünü tutaraq, çox yaxında daha gözəl işlərdə sevənlərimlə görüşəcəyəm."

Məlumata görə, "Show TV" aktyorun bu gün çəkilən səhnələrini də yayından çıxarıb və serialın tanıtım materiallarından onun görüntüləri təmizlənib. Hazırda istehsalçı şirkətin "Fatih Ünal" obrazı üçün yeni bir aktyor axtarışına başladığı və ya xarakterin ssenaridən necə çıxarılacağı üzərində işlədiyi bildirilir.

Lalə Qüdrətova
Milli.Az