Qazaxıstanlı model rus bloqeri amansızcasına döydü - FOTO

23 Yanvar 2026 22:42

İndoneziyanın kurort adası olan Balidə istirahət edən tanınmış şəxslər arasında qanlı dava düşüb. Qazaxıstanlı model Gülsesim Altaybekova rusiyalı blogger Karina Fadeyevaya ağır bədən xəsarətləri yetirdiyi üçün yerli polis tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, hadisə Balidəki populyar barların birində baş verib. Məlumata görə, tərəflər arasında yaranan mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, model Gülsesim Altaybekova metal çıraq (işıqlandırma cihazı) ilə rusiyalı blogger Karina Fadeyevanın başına zərbələr endirib.

Hücum nəticəsində Karina Fadeyeva baş nahiyəsində dərin kəsiklər və kəllə-beyin travması alıb, eşitmə qabiliyyətinin qismən itirilb.

Qazaxıstanlı model Altaybekova Balidən qaçmağa cəhd edərkən saxlanılıb.

O, istintaq müddətində 60 günlük müvəqqəti həbs qətimkan tədbiri ilə nəzarət altına alınıb.

Onu ağır bədən xəsarəti yetirmə maddəsi ilə uzunmüddətli həbs cəzası gözləyir.

Klub rəhbərliyi münaqişənin bloggerin dostları tərəfindən başladıldığını iddia etsə də, zərərçəkən Fadeyeva bunun tamamilə əsassız olduğunu və hücumun qəfildən, səbəbsiz edildiyini bildirir. Qazaxıstan hökuməti öz vətəndaşına hüquqi yardım göstərmək üçün prosesi yaxından izləyir.

Lalə Qüdrətova
Milli.Az