Nazirliyin keçmiş aparat rəhbəri şadlıq evi satın aldı

23 Yanvar 2026 21:33

Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb.

Milli.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.

Məlumat üçün deyək ki, "Murovdağ" şadlıq sarayı vergi qeydiyyatına "Adore Business" MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Rüfət Cavanşir oğlu Yusifovdur.

Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən "Yamin" şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir. Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.

Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır.

Milli.Az