İranda güclü zəlzələ oldu

23 Yanvar 2026 18:39

İranın cənubunda 5.1 bal gücündə zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə İranın Milli Meteorologiya Mərkəzinin Seysmik Şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 15:18-də qeydə alınıb.

Episentrə yaxın ərazilərdə yeraltı təkanların hiss edildiyi bildirilir.

Milli.Az