Sosial şəbəkələrdə yayılan görüntülərdə Tovuzda ana və övladının küçədə yaşadığı görünür.
Mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Tovuz rayonunda çətin həyat şəraiti ilə qarşılaşan vətəndaş və övladı ilə bağlı məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunub.
"Sözügedən şəxslərin Aybəniz Arif qızı Qasımova və 12 yaşlı övladı Ömər olduğu müəyyən edilib. Onların mövcud vəziyyətləri qiymətləndirilib. Hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparır. Aybəniz Qasımovanın psixoloji vəziyyəti nəzərə alınaraq onun Qazax Rayon Psixiatriya Xəstəxanasına, 12 yaşlı övladının isə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilməsi ilə bağlı fəaliyyət həyata keçirilir.
Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək".
Ayxan
Milli.Az