"Barlara gedənlərin çoxu rus bölməsində oxuyan qızlardır"

23 Yanvar 2026 18:23

"Barlara gedən qızların əksəriyyəti rusca danışır".

Milli.Az xəbər verir ki, bu barədə əməkdar jurnalist Azər Həsrət müsahibəsində çıxış edib.

O, bildirib ki, barlara gedən qızların böyük əksəriyyəti rus dilində danışır. 

Azər Həsrətin sözlərinə görə, bu açıqlamadan sonra rus bölməsində təhsil alan şəxslər tərəfindən sərt tənqidlərə məruz qalıb:

"Bu sözlərimə görə məni linç etdilər, hamısı üstümə "töküluşdü". Amma bir məqam məni sevindirdi: fikrimi dəstəkləyən yüzlərlə insan da var idi. Hətta rus bölməsində dərs deyən müəllimlərdən biri mənimlə əlaqə saxlayaraq dediklərimi təsdiqlədi. Bildirdi ki, mən hələ az demişəm, bundan daha çox fakt var" .

Qeyd edək ki, Azər Həsrət daha əvvəl də bu tip açıqlamaları ilə gündəmə gəlib. Onun "rusdilli xanımlar arasında siqaret çəkənlər daha çoxdur" fikri də vaxtilə geniş müzakirələrə səbəb olmuşdu.

Fidan
Milli.Az