Ötən il hərbi xidmət əleyhinə cinayətlər azalıb

23 Yanvar 2026 16:40

2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib.

Milli.Az xəbər verir ki, bunu Hərbi Prokurorluqda 2025-ci ilin yekunlarına dair kollegiya iclasında Baş prokurorun müavini- hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov deyib.

O vurğulayıb ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilməkdədir.

"2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə "962-Etimad xətti" yaradılmış, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb", - deyə B.Əhmədov qeyd edib.

Milli.Az