"Yarıçılpaq qadın ərimin qarşısında oturdu"

23 Yanvar 2026 17:21

Müğənni Xuraman Şuşalı həyat yoldaşı ilə münasibətləri barədə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, ərini heç bir qadına qısqanmadığını deyərək bunun səbəbini onun tərbiyəsi və həyalı xarakteri ilə əlaqələndirib.

Sənətçinin sözlərinə görə, həyat yoldaşının ən çox sevdiyi cəhəti məhz onun həyasıdır: "Ərimin həyasına aşiq olmuşam. Onu görən hər kəs deyir ki, o qədər həyalı insandır ki, başını qaldırıb qadına baxıb danışmır".

Müğənni bir məclisdə yaşanan hadisəni də xatırladıb. O bildirib ki, açıq geyimli bir xanımla üzbəüz otursalar belə, həyat yoldaşının davranışı onda heç bir qısqanclıq hissi yaratmayıb:

"Artıq qısqanclıq yoxdur. Bilirəm ki, yoldaşım həyalıdır. Mən çox qısqanc qadınam, amma "şor göz", gözü qaynayan kişi ilə ailə həyatı yaşaya bilmərəm".

Xuraman vurğulayıb ki, evlənməzdən əvvəl də qapalı geyimli olmayıb, lakin həyat yoldaşı ona baxmaqla narahatlıq yaratmayıb:

"Bu, məndə maraq oyatmışdı. Onun islami dəyərlərinə, dürüstlüyünə aşiq olmuşdum. Pis vərdişi olan biri ilə ailə qurub qapaz yeməli deyiləm, boynumdan boyunbağımı qırmalıdır?".

Xuraman Şuşalı qeyd edib ki, ailə münasibətlərində hər şeyin sevgi ilə ölçülmədiyini düşünür: "Hər şey sevgi deyil. Qarşılıqlı hörmət olan yerdə sevgi də olur. Sadaladıqlarım hamısı sevgidir".

Musa
Milli.Az