Luçesku xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

23 Yanvar 2026 14:41

Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun yerləşdirildiyi xəstəxanada vəziyyəti ağırlaşıb.

Milli.Az xəbər verir ki, 80 yaşlı mütəxəssisin 2025-ci ilin sonunda ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib.

Səhhətindəki problemlər səbəbindən Luçesku Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. Milliyə namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırılırdı.

Qeyd edək ki, M.Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.

Milli.Az