Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 29 yanvar saat 19:00-da "Kəsişən xətlər #3" adlı növbəti konsert keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsertdə Edgar Varese "Density 21.5", Tahir İbişovun Rilkenin poeziyasına səs və ansambl üçün "Riercar", Salvatore Sciarrino "Perduto in Una Citta Dacque for Piano", Ayaz Qəmbərlinin "Nar çiçəkləri" nəğməsi və Bela Bartokun "Mikrokosmos" silsiləsindən beş nömrə ifa olunacaq. Qeyd edək ki, proqramda yer alan iki əsərin - "Riercar" və "Mikrokosmos" silsiləsindən beş nömrənin dünya premyerasıdır. "Mikrokosmos" silsiləsindən beş nömrə bəstəkar Ayaz Qəmbərlinin işlənməsində Cadenza orkestrinin ifasında səslənəcək.
Konsertə giriş sərbəstdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az