Xətai "ikinci Balaxanı" olmamış nazirlik müdaxilə etdi

23 Yanvar 2026 19:23

Xətai rayonunun Gəncə prospekti ərazisində yaşayan sakinlər bildirirlər ki, yaxınlıqda toplanan plastik tullantılar təkrar emal üçün əridilir.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, bu fəaliyyət ətraf mühitə ciddi zərər vurur. Xüsusilə isti havalarda yayılan kəskin qoxu və həşəratların çoxalması sakinlərin yaşayışına çətinlik yaradır:

Əraziyə müxtəlif rayonlardan, o cümlədən Balaxanıdan tullantılar daşınır, plastik qablar isə açıq sahədə saxlanılır. Bu da üfunət qoxusunun yayılmasına və həşəratların artmasına səbəb olur. Ərazi ikinci Balaxanıya çevrilib".

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qeyd edildi ki, Gəncə prospekti 754 ünvanında yerləşən plastik tullantıların emalı müəssisəsi ilə bağlı daxil olan şikayət araşdırılıb. Yoxlama zamanı "Polycycle" MMC-yə məxsus müəssisənin fəaliyyətində ekoloji qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilərək icra üçün Xətai Rayon İcra Şöbəsinə göndərilib. Daha sonra müəssisə tərəfindən nöqsanlar aradan qaldırılıb və fəaliyyət mövcud qanunvericiliyə uyğunlaşdırılıb. 

Asya
Milli.Az