Məhkəmə "Real Madrid" futbol klubuna qarşı ətraf mühitin səs kirliliyi ilə bağlı ekoloji cinayətdə ittiham edib.
Milli.Az xəbər verir ki, sakinlərin 2024-cü ildə konsertlərin onların həyatını əziyyətə saldığını iddia edərək məhkəməyə müraciət etməsindən sonra ittiham irəli sürüb
İspaniyalı hakim klubun yerli sakinlər tərəfindən "işgəncə meydançası" adlandırılan Bernabeu stadionunda keçirilən səs-küylü matçlara görə "Real Madrid" ətraf mühitlə bağlı cinayətlərdə ittiham olunaraq məhkəmə qarşısına çıxa bilər.
"Bernabeudan Təsirlənənlər üçün Sakinlər Assosiasiyası (AVPB)" 2024-cü ildə futbol klubuna və şəhər şurasına qarşı məhkəmə iddiası qaldıraraq, yaz və yay aylarında keçirilən bir sıra sərt və səs-küylü konsertlərin onların həyatını əzab-əziyyətə saldığını bildirib. İfaçılar arasında Teylor Svift, Luis Migel və Kolumbiya ulduzu Karol G. də olub
Vətəndaşların etirazları və şəhər bələdiyyəsinin cərimələrindən sonra "Real Madrid" müvəqqəti olaraq stadionda belə tədbirlərin keçirilməsini dayandırıb.
Fidan
Milli.Az