Xalq artistləri gəlin axtarırlar

23 Yanvar 2026 12:50

Xalq artisti Gülyanaq Məmmədova bacısı və həmkarı Gülyaz Məmmədovanın oğlu Ramazandan danışıb. 

Milli.Az xəbər verir ki, müğənni bacısının övladını evləndirmək arzusunu dilə gətirib.

Bunun üçün onlar qız axtarışına çıxıblar:

"Hər dəfə deyirəm ki, Ramazan, nə vaxt gedim elçiliyə? Xeyri yoxdur. Qız, naz, gəlin axtarıram. Ramazan tək Gülyazın yox, ikimizin balasıdır".

Musa
Milli.Az