Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Madrid "Real"ının sükanı arxasına qayıtmağa hazır olduğunu bildirib.
Milli.Az-ın məlumatına görə, hazırda "kral klubu"na bu ay Xabi Alonsonu əvəz edən Alvaro Arbeloa rəhbərlik edir. Madrid təmsilçisinin 66 yaşlı italiyalı mütəxəssisi ehtiyat variant kimi nəzərdən keçirdiyi bildirilir.
Məlumata əsasən, Ançelotti Braziliya millisindəki fəaliyyətini başa vurduqdan sonra yenidən klub məşqçiliyinə qayıdacağı təqdirdə bunun yalnız Madrid "Real"ı olacağını daha əvvəl vurğulayıb.
Qeyd edək ki, Karlo Ançelotti "Real"da 2013-2015 və 2021-2025-ci illərdə çalışıb. Təcrübəli çalışdırıcının rəhbərliyi altında komanda 353 oyunda meydana çıxıb, bu görüşlərin 253-də qələbə qazanıb və 48 qarşılaşma heç-heçə ilə nəticələnib.
Hüseyn
Milli.Az