Sosial media hesabındakı paylaşımı ilə diqqət çəkən məşhur müğənni Murat Dalkılıç "ChatGPT" ilə bağlı üsyan edib.
Milli.Az xəbər verir ki, məşhur müğənni Murat Dalkılıç süni intellektə qarşı qəzəbini sosial media hesabında paylaşıb.
"ChatGPT"ni sildiyini açıqlayan Dalkılıç tətbiqin onu yanıltdığını və zərər verdiyini bildirib.
Dalkılıç süni intellekt cavablarının reallıqdan uzaq olduğunu bildirərək, reaksiyasını "Mən ChatGPT-ni sildim. Belə bir yalançı yoxdur, bu, inanılmaz dərəcədə qeyri-realdır" sözləri ilə ifadə edib.
Milli.Az