Şəhidin atası vəfat etdi - FOTO

23 Yanvar 2026 09:54

Vətən müharibəsi şəhidi Veyis İsmayılovun atası vəfat edib.

Milli.Az xəbər verir ki, şəhidin atası Əflatun İsmayılov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü V.İsmayılov 2020-ci il oktyabrın 13-ü Suqovuşan istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası alıb və qanitirmədən şəhid olub.

Onun nəşi 35 gün sonra tapılaraq noyabrın 17-si Bakıda dəfn olunub.

Milli.Az