"Evə qayıdanda gördüm ki, hər şey yanıb kül olub".
Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Abşeron rayonunun Masazır qəsəbəsində yanğın zamanı həyatını itirən Nigar Eminbəylinin oğlu Danyel İqnatyeviç bildirib:
"Təxminən saat 15 idi, mən evə qayıtdım. Artıq çox gec idi. Evdən tüstü çıxırdı, hər şey kül olmuşdu. Mən xəstəxanaya getmək üçün evdən çıxmışdım. Anamın travması var idi. O, 31 il öncə metroda baş verən yanğında xəsarət almışdı. Yaddaşını itirmişdi, heç kimi tanımırdı".
Qeyd edək ki, Nigar Eminbəyli 1995-ci il oktyabrın 28-də Bakı metrosunda, "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş verən yanğında xəsarət alıb.
Milli.Az