Çinin "dağ şəhəri" kimi tanınan Çonqinq şəhəri görənləri heyrətə gətirən memarlıq möcüzələri ilə gündəmə gəlməyə davam edir. Şəhərdəki göydələnləri onlarla metr hündürlükdə bir-birinə bağlayan piyada körpüləri dünyanın heç bir yerində rast gəlinməyən bir mənzərə yaradır.
Milli.Az xəbər verir ki, Çonqinqdəki bəzi yaşayış binaları arasında tikilən körpülər sadəcə dekorasiya deyil, gündəlik həyatın bir parçasıdır. Məsələn, binaların 13-cü mərtəbəsindən keçən körpülər vasitəsilə sakinlər aşağı enmədən bir binadan digərinə, yaxud birbaşa qarşıdakı təpənin zirvəsinə keçə bilirlər.
Bu qeyri-adi həllin əsas səbəbi şəhərin coğrafi quruluşudur. Çonqinq çox dik təpələr və dərin dərələr üzərində qurulduğu üçün insanlar üçün "düz yol" anlayışı yoxdur. Şəhər rəhbərliyi və memarlar tıxacların qarşısını almaq və piyadaların hərəkətini asanlaşdırmaq üçün binaları və yolları şaquli müstəvidə (üfüqi deyil, üst-üstə) birləşdirməli olublar.
Bu şəhərdə bir binanın damı digər binanın girişi ola bilər. Şəhərdə binaların içindən keçən qatarlar, 20 mərtəbə hündürlüyündəki dairəvi yollar və göydələnlər arasındakı bu piyada körpüləri bura "kiberpank" (gələcəyin texnoloji şəhəri) havası verir.
Əvvəllər sadəcə ehtiyacdan tikilən bu körpülər indi dünyanın hər yerindən gələn turistlərin və fotoqrafların sevimli məkanına çevrilib. İnsanlar onlarla metr hündürlükdə, sanki havada asılı qalmış bu keçidlərdə şəkil çkdirmək üçün kəndə axın edirlər.
Lalə Qüdrətova
Milli.Az