Bu Avropa ölkəsinin nə paytaxtı, nə də rəsmi dili var, amma saat kimi işləyir

22 Yanvar 2026 23:35

Avropanın mərkəzində yerləşən bu ölkə bildiyimiz bütün dövlət qaydalarını alt-üst edir. Onun rəsmi paytaxtı yoxdur, vahid dövlət dili mövcud deyil, lakin dünyanın ən stabil və zəngin ölkələrindən biri hesab olunur.

Milli.Az xəbər verir ki, söhbət İsveçrədən gedir.

Dünyanın əksər ölkələrinin rəsmi paytaxtı olsa da, İsveçrə Konfederasiyasının konstitusiyasında "paytaxt" anlayışı yoxdur. Bir çoxları Bern şəhərini paytaxt hesab edir, lakin hüquqi baxımdan bura sadəcə "federal şəhər"dir (Bundesstadt). İsveçrəlilər heç bir şəhərin digərlərindən üstün olmasını istəmədikləri üçün rəsmi paytaxt təyin etməyiblər.

İsveçrədə vahid bir "İsveçrə dili" yoxdur. Ölkədə dörd milli dil rəsmən tanınır:

Alman dili (əhalinin böyük hissəsi tərəfindən danışılır)

Fransız dili

İtalyan dili

Romanş dili (çox az sayda insan tərəfindən danışılır) Buna baxmayaraq, dövlət sənədlərində və beynəlxalq arenada qarışıqlıq yaranmasın dər mərkəzi idarəetmədə Latın dilindən (Confoederatio Helvetica) istifadə olunur. Avtomobillərin üzərindəki "CH" işarəsi də məhz buradan gəlir.

İsveçrədə bildiyimiz mənada güclü bir prezident sistemi yoxdur. Ölkəni 7 nəfərdən ibarət Federal Şura idarə edir. Prezident bu 7 nəfər arasından hər il rotasiya qaydası ilə seçilir və digər üzvlərdən heç bir üstünlüyü olmur. O, sadəcə "bərabərlər arasında birinci" (primus inter pares) sayılır.

İsveçrənin "saat kimi" işləməsinin sirri birbaşa demokratiyadadır. İldə bir neçə dəfə keçirilən referendumlar vasitəsilə xalq ən sadə məsələlərdən (məsələn, vergi dərəcələri) tutmuş ən mürəkkəb qanunlara qədər hər şeyə şəxsən qərar verir.

Lalə Qüdrətova
Milli.Az