"Real Madrid" ardıcıl 3-cü dəfə qlobal maliyyə reytinqində liderdir

22 Yanvar 2026 22:27

"Real Madrid" ardıcıl üçüncü mövsümdür ki, "Deloitte"nin futbol klublarının qlobal maliyyə reytinqinə başçılıq edir.

Milli.Az xəbər verir ki, Madrid təmsilçisi 2024-25 mövsümündə 1 milyard 161 milyon avro gəlir əldə edib. Bu göstərici öncəki mövsümlə müqayisədə 115,5 milyon avro artım deməkdir və klub ən yaxın izləyicisi "Barselona"nı təxminən 200 milyon avro qabaqlayır.

"Deloitte"in açıqladığı Top-30 siyahısı belədir:

"Real Madrid" - 1,161 milyard avro
"Barselona" - 974,8 milyon avro
"Bayern Münhen" - 860,6 milyon avro
"Pari Sen-Jermen" - 837 milyon avro
"Liverpul" - 836,1 milyon avro
"Mançester Siti" - 829,3 milyon avro
"Arsenal" - 821,7 milyon avro
"Mançester Yunayted" - 793,1 milyon avro
"Tottenhem" - 672,6 milyon avro
"Çelsi" - 584,1 milyon avro
"İnter" - 537,5 milyon avro
"Borussiya Dortmund" - 531,3 milyon avro
"Atletiko Madrid" - 454,5 milyon avro
"Aston Villa" - 450,2 milyon avro
"Milan" - 410,4 milyon avro
"Yuventus" - 401,7 milyon avro
"Nyukasl Yunayted" - 398,4 milyon avro
"Ştutqart" - 296,3 milyon avro
"Benfika" - 283,4 milyon avro
"Vest Hem Yunayted" - 276 milyon avro
"Ayntraxt Frankfurt" - 269,9 milyon avro
"Brayton" - 238,7 milyon avro
"Everton" - 234 milyon avro
"Kristal Pelas" - 232,5 milyon avro
"Bornmut" - 218,5 milyon avro
"Roma" - 216,3 milyon avro
"Vulverhempton" - 206,3 milyon avro
"Brentford" - 206 milyon avro
"Flamenqo" - 202,7 milyon avro
"Olimpik Marsel" - 188,7 milyon avro

Qeyd edək ki, siyahıda İngiltərə Premyer Liqası klubları say baxımından üstünlük təşkil etsə də, ümumi liderlik "Real Madrid"in əlində qalır. Klubun kommersiya gəlirləri və idman uğurları maliyyə baxımından rəqiblərindən xeyli öndə olmasını təmin edib.

Milli.Az