Nebahat Çehre "Aşk-ı Memnu"dakı obrazını 18 il sonra yenidən canlandırıb.
Milli.Az xəbər verir ki, türkiyəli məşhur aktrisa Nebahat Çehre illər öncə reytinqləri alt-üst edən "Aşk-ı Memnu" serialındakı unudulmaz obrazını 18 il sonra yenidən canlandıraraq izləyicilərin marağına səbəb olub.
Aktrisa qonaq olduğu televiziya proqramında sözügedən səhnənin çəkiliş anlarını xatırlayıb. O bildirib ki, həmin epizodu bu cür oynamaq ideyası məhz ona məxsus olub:
"Özüm rejissora dedim ki, səhnəni belə oynamaq istəyirəm. Onlar da icazə verdilər. Hətta çəkiliş zamanı işçilər deyirdilər ki, bunu çox etməyin, üzünüz əyri qala bilər".
Nebahat Çehrənin bu etirafları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aktrisanın açıqlamaları serialı sevənlərə nostalji anlar yaşadıb və "Aşk-ı Memnu"nun illər keçsə də, yaddaşlardan silinmədiyini bir daha göstərib.
Musa
Milli.Az