"Ulduz"u sel aparır - AAYDA-dan CAVAB VİDEO

22 Yanvar 2026 16:22

Bakı şəhəri Nərimanov rayonunda su basma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Ulduz metrostansiyasının qarşısındakı küçəni su basıb.İnsanların gediş gəlişi çətinləşib.

Vətəndaşların sözlərinə görə ərazidən keçən avtobusların da işində problem yaranıb.

"Həmin ərazidəki yolun vəziyyətinə görə avtobuslar oradan keçmir. Baxmayaraq ki, burada dayanacaq olsa da avtobus gözə dəymir".

Məsələ ilə bağlı AAYDA-dan sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazidə dövlət proqramına uyğun olaraq yeni yol inşası aparılır. Layihə çərçivəsində işlər həyata keçirilir. Hava şəraitinə görə iş müvəqqəti dayanıb. Yaxın günlərdə yenidən iş davam etdiriləcək.

Mina Mikayılova
Milli.Az 

@milli_az

22.01.2025

♬ оригінальний звук - ріжочек.ua!!