Musiqiçi Emrah faciəvi şəkildə öldü - FOTO

22 Yanvar 2026 16:08

Türkiyənin opera müğənnisi Emrah Erdem Gedik dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, İstanbul Dövlət Opera və Baletinin xor sənətçisi, 48 yaşlı Emrah Erdem Gedik Bahçelievlerdə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilinin eyvanından yıxılıb.

Xəstəxanaya aparılan Gedik bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Gedikin cəsədi Məhkəmə Tibbi Ekspertiza İnstitutundakı prosedurlar başa çatdıqdan sonra ailəsinə təhvil verilib.

Fidan
Milli.Az